Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən “Gənc qan donorları məktəbi” adlı layihə çərçivəsində 4 günlük təlimlər keçirilib.
Layihənin əsas məqsədi qan donorluğu ilə bağlı informasiyanın mahiyyətini gənclərə çatdırmaq, daima qana ehtiyacı olan talasemiyyalı uşaq və gənclərə göstərdikləri əvəzsiz humanist addımın cəmiyyət tərəfindən qiymətləndirildiyi hissini formalaşdırmaq və habelə onları həvəsləndirmək üçün yeni proqramlar hazırlanması niyyəti ilə gənc qan donorların fərdi yanaşma yolu ilə sosial iqtisadi vəziyyətini öyrənməklə məlumat bankının hazırlanmasından ibarət idi.
Layihə çərçivəsində birliyin sədri, layihə rəhbəri Raul Əhmədov layihə haqqında, ölkəmizdə könüllü qan donorluğu sahəsində görülən işlər barədə məlumat verib. Həmçinin peşəkar mütəxəssis, Azərbaycan Tallasemiya Federasiyasının vitse-prezidenti Gülgün Gündüz və Qan Donorları Assosiasiyasının prezidenti Fuad Əsgərov 2 qrup olmaqla 50 gəncə Qan donorluğu nədir, Kimə və nə üçün donor qan lazımdır, Qan vermə prosedurası nece keçir,Qanvermə tam təhlükəsizdir,Gənc Donorluq mədəniyyəti, Düzgün qidalanma,Sağlam gənc sağlam donordur, Donorluğa psixoloji hazırlanma,Qan donorluğu sahəsində beynəlxalq təcrübə mövzularında məlumatlar verib.