Yanvarın 1-nə keçən gecə Yevlaxda bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az-ın “Report”a istinadən verdiyi məlumata görə, 2000-ci il təvəllüdlü rayon sakini Rəfiqə Qasımova bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Əldə edilən məlumata əsasən, R.Qasımova qısqanclıq və mübahisə zəminində nişanlısı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.