Gənc qız itkin düşdü

Gəncədə süpürgəçi işləyən 27 yaşlı qız itkin düşüb.

Yenicag.az xəbər verir ki, şəhər sakini Aytən İsayeva Nizami rayon Polis İdarəsinə müraciət edərək 1993-cü il təvəllüdlü bacısı, Gəncə şəhər MKTİB-də süpürgəçi işləyən Firuzə İsayevanın evdən işə getmək adı ilə çıxdığını və geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.