Gənc qız mağazada öldürüldü – Bakıda

bicaqnozh-v-ruke-Zh13Bakıda qətl törədilib.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayev tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının bıçaqlayaraq öldürüb.

V. Qarayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.(APA)