Bu gün axşam saatlarında metronun Nərimanov stansiyasında gərgin anlar yaşanıb.
Yenicag.az-a hadisə şəhidlərinin verdiyi məlumata görə, 20-22 yaşlarında olan gənc qız özünü qatarın altına atmaq istəyib. Ətrafdakıların yardımı ilə qızı xilas etmək mümkün olub. Gərgin olduğu müşahidə olunan qız xilas olduqdan sonra halsız halda yerə yıxılıb.
Metro bələdçisinin çağırışı ilə hadisə yerinə gələn həkim qıza ilk tibbi yardım göstərib.
Daha sonra şahidlər redaksiya ilə əlaqə saxlayaraq, hadisənin öncə intihara cəhd kimi anlaşıldığını, qız özünə gəldikdən sonra isə ürəyi sıxıldığından bu cür vəziyyət yarandığını bildirib.