Gənc qıza edilən əxlaqsız təklif minlərlə insanın etirazına səbəb oldu – FOTOLAR

Bir ayağını itirən gənc qıza edilən əxlaqsız təklif Tvitter sosial şəbəkəsində böyük qalmaqala səbəb olub.

Yenicag.az xəbər verir ki, 24 yaşlı Çeri Luis “xərçəng” xəstəliyi səbəbi ilə ayaqlarından birini itirib. Bu vəziyyətini sosial şəbəkədə paylaşaraq özü kimi olan xəstələrə motivasiya vermək istəyən qıza əxlaqsız təklif edilib. Belə ki, izləyicilərdən biri onun şəklinin altına “Bir ayağın olmadığı üçün sənə təcavüz etmək daha asan olacaq” yazıb. Bununla da kifayətlənməyən istifadəçi qıza birlikdə yaşamağı təklif edib.

Hadisə bir anda Tvitter gündəmini alt-üst edib və minlərlə insan Çeriyə mənəvi dəstək olub.

Qızın həmin paylaşımlarını təqdim edirik: