Gənc qızın kirayə qaldığı ev qarət edildi

Bakıda mənzildən oğurluq edən şəxs yaxalanıb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov küçəsində yerləşən mənzillərin birində baş verib. Kirayəşin 1996-cı il təvəllüdlü Aydan Məmmədovanın yaşadığı mənzildən açar seçmə yolu ilə 970 manat dəyərində məişət əşyaları və 2 ədəd ümumi dəyəri 600 manat mobil telefonları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1989-cu il Əliheydər Alıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.