Gənc reper narkotikdən öldü – VİDEO

Amerikalı reper Qustav Ar dünyasını dəyişib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Lil Pip ləqəbi ilə tanınan 22 yaşlı reperin ölümünə səbəb narkotik maddənin artıq dozası olub. Məlumata görə, o, konsertindən bir neçə saat öncə ölüb.

Qeyd edək ki, sosial şəbəkədə reperin meyidinin görüntüləri yayılıb. Belə ki, Lil Pipin dostu konsertə yollanarkən sosial şəbəkədə canlı yayım edib və bu zaman reperin cansız bədəni də videoda əks olunub.