Gənc reper qətlə yetirildi

ABŞ-ın Los-Anceles şəhərində 20 yaşlı reper Pop Smoke qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Rolling Stone” nəşri yerli polis nümayəndəsinə istinadən xəbər verib.

Qeyd olunub ki, maskalı şəxslər onun evinə silahlı basqın ediblər. Daha sonra atəş səsləri eşidilib və hadisə yerinə polislər gəlib.

Nəşrin yazdığına görə, güllə yarası alan reper xəstəxanaya çatdırılan zaman vəfat edib.