!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc yazıçı kitab festivalında oxucuları ilə bir araya gəldi - FOTO

!Reklam – Yazi

“Son xəyanət” və “Naməlum məktub” kitablarının yazarı İlahə Səfərzadə oxucuları ilə bir araya gəlib.

Yenicag.az xəbər verir ki, yazıçı Bakı Dövlət Universitetində təşkil edilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində oxucuları ilə görüşüb.

İlahə Səfərzadə oxucular üçün kitablar imzalayıb, onların suallarını cavablandırıb.

Yenicag.az-a açıqlama verən İlahə Səfərzadə təşkil edilən kitab festivalının önəmindən danışıb:

“Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, festival çərçivəsində oxucular həm çeşidli kitabları əldə etmə imkanı qazanır, həm bu ab-havanı udur, həm də yazıçılarla birbaşa ünsiyyətə girə bilirlər. Biz də bu gün oxucularımızla görüşdük, onları maraqlandıran sualları cavablandırdıq. Mənim üçün maraqlı təcrübədir. Ümid edirəm ki, bu kimi festivallar daha çox təşkil edilər, davamlı kitab mühiti formalaşdırılar”.

Qeyd edək ki, İlahə Səfərzadə 1989-cu il martın 24-də Oğuz rayonunun Kərimli kəndində anadan olub. Orta təhsilini 1995–2006-cı illərdə Anar Əfəndiyev adına Kərimli kənd tam orta məktəbində alıb. 2006–2010-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 2010–2012-ci illərdə həmin fakültədə magistratura təhsilini davam etdirib.

2019-cu ildən ”İlahə Səfərzadə” imzası ilə ədəbi mühitdə tanınmağa başlayıb. Hekayələri “Yazı”, “Xəzan” və s. ədəbi jurnallarda müntəzəm şəkildə dərc olunub.

2020-ci ildə müəllifin “Son xəyanət” adlı ilk romanı işıq üzü görüb.

Naməlum məktub” müəllifin sayca ikinci romanıdır.

Aqil Bəkir

www.yenicag.az

870
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv