!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncə mədəniyyətinin qənimi: SƏNAN HACIYEV – təfsilat

!Reklam – Yazi

1458242281_5 (1)Mədəniyyət və Turizm İdarəsinin rəisi büdcə pullarını adı olub, özü olmayan klublara, kitabxanalara «xərcləyib»

Gəncə Azərbaycanın ikinci paytaxtıdır və qədiliyinə görə də, dünyada az sayda yaşayış məntəqələrindən biri hesab olunur. Bu şəhərin füsunkar təbiəti varkən, yaşıllıqları, parkları, istirahət üçün geniş potensialından yararlanan yoxdur. Daha doğrusu, bu yararlanmanı təşkil edəcək idarə fil qulağında yatıb.

Politika.Az xəbər verir ki, Gəncə Mədəniyyət və Turizim İdarəsi başda Sənan Hacıyev olmaqla, ölkənin ikinci paytaxtında nə mədəniyyət qoyublar, nə də turizm haqqında düşünürlər. Səbəb də budur ki, cənab Hacıyevin başı pul qazanmağa qarışıb. Onu maraqlandıran sovet dövründə adı olub, indi isə özü olmayan kitabxanaları, klubları, mədəniyyət evlərinə ayrılmış pulları necə silməkdən ibarətdir.

Məlumatlarda qeyd edilir ki, Sənan Hacıyevin «gərgin əməyi» sayəsində bu gün İdarədə onlarla «canlı ölü» var. Yəni, adları olub, özləri işə gəlməyənlər mövcuddur ki, onların da maaş kartları cənab Hacıyevin cibində bütün ölkəni gəzir.

Gəncə Mədəniyyət və Turizm İdarəsinin rəisinin durumu belədir ki, tək məqsədi pul qazanmaqdır. Elə bu səbəbdəndir ki, ötən il büdcədən ayrılmış vəsaitlərin böyük qismi mənasız işlərə sərf olunub. Məsələn, idarənin sair xərcləri varmış və buna da 7500 manat pul gərəkirmiş. Və ya digər maşın və avadanlıqların alınması üçün ayrılmış 14,2 min manatın aqibətini bilənə mükafat veriləcək.

İdarənin dəftərxana xərcləri də az deyilmiş. Sənan Hacıyev bu məsələdə bir qədər insaflı davranıb. Çünki başqalarından fərqli olaraq Gəncə MTİ-nin dəftərxana xərcləri üçün 10626 manat pul ayrılıb.

Politika.Az xəbər verir ki, Sənan Hacıyev olmayan klublar, kitabxanalar və sair üçün bərk inventarlar da aldırıb. Belə ki, idarə rəisi bu məqsədlə 23 min manat pul yazdıra bilib.

Məsələnin qaranlıq tərəfi odur ki, Gəncə Mədəniyyət və Turizm İdarəsində bütün tenderlərin qalibi «KƏPƏZ-11» MMC şirkəti olub. Bu şirkət həm bərk inventar alıb, həm dəftərxana ləvazimatı, həm də avadanlıqlar. Bir şirkətin bu qədər çoxprofilli olması isə inandırıcı deyil. Güman ki, adıçəkilən şirkətdə Sənan Hacıyevin payı var. Əks təqdirdə, bütün işlər onlara həvalə edilməzdi.

 

www.yenicag.az

1727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv