Gəncə-Moskva təyyarəsi Volqoqradda məcburi eniş etdi – SƏBƏB

 “Buta Airways”in Gəncədən Moskvaya uçan təyyarə Volqoqrad aeroportunda məcburi eniş edib.

Yenicag.az xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub.

Reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş etmişdir.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.