Gəncə sakini qonşusunu ehtiyatsızlıqdan öldürdü – RƏSMİ

Gəncə şəhər sakini qonşusunu ehtiyatsızlıqdan öldürüb.

Şəhər prokurorluğundan Yenicag.az-a bildirilib ki, oktyabrın 6-sı saat 10 radələrində Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Anar Hüseynovun almış olduğu xəsarət nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ramil Musayevin oktyabrın 5-i axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Anar Hüseynova kəsici-deşici alətlə xəsarət yetirib, sonuncu almış olduğu xəsarət nəticəsində qeyd edilən tarixdə ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.