Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gəncə sakini sosial şəbəkədə onu təhqir edən şəxsi bıçaqladı - VİDEO

Gəncə şəhər sakini sosial şəbəkədə onu təhqir edən şəxsi bıçaqlayıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində şəhər sakini, 1990-cı il təvəllüdlü Osmanlı Rəsul Firuz oğlunun məhkəmə prosesi keçirilib.

Belə ki, araşdırma zamanı R.Osmanlı 10 dekabr 2016-cı il tarixdə “Odnoklassniki” sosial şəbəkəsində tanımadığı şəxsin şəklinin altına rəy yazdığı üçün şəhər sakini, 1995-ci il təvəllüdlü Cahandar Rauf oğlu Alıyev ilə aralarında mübahisə yaranıb. Tərəflər görüşüb mübahisəyə aydınlıq gətirmək üçün mobil nömrələrini yazıblar və həmin gün axşam görüşərkən C.Alıyev öz iki dostu ilə R.Osmanlını döyüb. Hadisədən bir gün sonra R.Osmanlı yenidən C.Alıyevi görüşə çağırıb və onu bıçaqlayıb.

Baş verən hadisə ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində Osanlı Rəsul Firuz oğluna qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi davam etdiriləcək.

Loading...

www.yenicag.az

1356
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100