Gəncə sakini yıxılaraq ölüb

Gəncədə bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Məmmədov Rüfət Firdovsi oğlu yaşadığı evin zirzəmisində yıxılıb. Bu zaman 46 yaşlı kişi başından kəllə-beyin tranması alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.