!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncə şəhərində “Kitabevim.az” Mağazalar Şəbəkəsinin şöbəsi açılacaq!

!Reklam – Yazi

kitabevim.az_“Kitabevim.az” Mağazalar Şəbəkisinin icraçı direktoru Emin Sadıqovun Sənət.az-a verdiyi məlumata görə, yaxın günlərdə mağazanın Gəncə şöbəsi fəaliyyətə başlayacaq. Emin Sadıqov onu da qeyd edib ki, Gəncə şöbəsi də Bakıdakı konsepsiya ilə başlayacaq. Belə ki, mağazada müxtəlif dillərdə minlərlə kitab tapmaq mümkün olacaq.

Kitabların satışından əlavə “Kitabevim.az” kitab marketində oxucu klubu və oxucular tərəfindən təmin olunan “Qoy-götür” guşəsi də təşkil ediləcək. Həmin guşədə şəxsiyyət vəsiqəsi təqdim etməklə, hər hansı kitabı müəyyən müddətə oxumaq üçün götürmək mümkün olacaq. Layihənin məqsədi kitab satışından çox, mütaliənin təbliğatını həyata keçirməkdir. Yeni kitab marketində “Günün, həftənin, ayın kitabı” adlı guşə də təsis olunub. Bu guşəyə yerləşdirilən kitablar isə maya dəyərinə satılacaq. Burda yerli və xarici ədəbiyyata aid kitablar tapmaq olar. Eyni zamanda, “imza günləri” keçirmək üçün geniş bir guşə də nəzərdə tutulub. Bu guşədə həmçinin müxtəlif seminarlar, diskussiyalar və yazarların oxucularla görüşləri təşkil olunacaq.

“Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait yaradılıb. Bununla yanaşı, kitab marketinin “elektron kitab” bazası da olacaq və müştərilər üçün müvafiq şərait yaradılacaq. Kitabsevərlərin davamlı yararlanması üçün hədiyyələr və güzəştli faizlərlə kitab almağa imkan verən güzəşt kartları da nəzərdə tutulub. Qeyd edək ki, açılış gününə özəl olaraq, Gəncə sakinləri bütün kitablara 20-30 faiz endirimdən yararlana biləcəklər.

 

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv