Gəncə şəhərində yeniyetmə qızı bıçaqladılar

Gəncə şəhərində yeniyetmə qız bıçaqlanıb.

Yenicag.az xəbər verir ki, axşam saatlarında 2003-cü il təvəllüdlü İ.M-ova qarın boşluğundan bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, cərrahi əməliyyat edilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yaxınlarının bildirdiyinə görə, İ.M-ova küçədə mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır./Report/

COP29