Gəncə və Ağstafanın bir hissəsində qaz olmayacaq

Bu gün saat 09:00-dan etibarən işlər başa çatana qədər yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, saat 09:30-dan isə aşkar olunmuş qaz sızmalarının ləğvi və digər təmir-bərpa işlərinin aparılması ilə bağlı Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsinə qaz fasilələrlə verilir.

Saat 12:00-dan isə Bakının Nizami rayonu, Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində qaz təchizatı dayandırılacaq. Bu zaman “8-ci km Əsas” orta təzyiqli qaz xəttində bir sıra mövsümi işlər görüləcək.