Gəncə və ismayıllıda yanğın baş verdi

Gəncədə ev yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gəncə şəhərində ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Bundan başqa, İsmayıllı rayonunun Mollaisaqlı kəndində ümumi sahəsi 144 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.