“Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb”

“Humanitar barışıq adı altında gizlənən Ermənistan silahlı qüvvələri terror və hərbi cinayət əməllərini davam etdirir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “tvitter” hesabında yazıb.

“Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Xəsarət alanlar və dəyən zərər dəqiqləşdirilir”, – o qeyd edib.