Gəncə və Naxçıvan arasında uçuşların hərəkət istiqaməti dəyişdirilir – SƏBƏB

Azərbaycanın Gəncə və Naxçıvan şəhərləri arasında uçuşların İran və Türkiyə üzərindən yerinə yetirilməsi uçuş müddətinin təxminən 2 dəfə artması və əlavə maliyyə xərcləri ilə nəticələnir.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

“Son zamanlar regionda yaranmış vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılması nəzərdə tutulur”, – sənəddə qeyd olunur.