Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin bir otağında 5 m² sahədə ev əşyaları və 1 ədəd televizor qismən yanıb.
Yenicag.az xəbər verir ki, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Gəncə şəhərində isə ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərdən ibarət tikilinin 1-ci mərtəbəsində xarici divarına quraşdırılan reklam lövhəsi 6 m² sahədə yanıb. Tikili yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.