Gəncəçaydan 17 yaşlı qızın meyiti tapıldı

Gəncəçaydan qadın meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyulun 30-u saat 18:00 radələrində Gəncəçayın şəhərin mərkəzindən keçən hissəsində qadın meyitinin olması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova olması müəyyən edilib. Meyit ekspertizaya təqdim edilib.

Əldə etdiyimiz məlumata görə, qadın şəhər ərazisində dilənçiliklə məşğul olurmuş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

COP29