!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə 17 yaşlı qızın ölüm anının görüntüləri – VİDEO

!Reklam – Yazi

4ad8b927-72a8-48c3-a9fa-ee02af7a6722jggjGəncə şəhərində yerləşən “Yeni Gəncə” tibb mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölüm anını əks etdirən videogörüntülər yayılıb.

Yenicag.az xəbər verir ki, “Report” agentliyi tibb mərkəzinin müşahidə kamerasına düşmüş həmin görüntüləri təqdim edir. Görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verdildiyi görünür.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

www.yenicag.az

859
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv