!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə 2 azyaşlı uşaq anası itkin düşüb – Foto

!Reklam – Yazi

Mətanət Əliyeva22.09.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, 2 azyaşlı uşaq anası, şəhərin N.Tusi küçəsində yaşayan Əliyeva Mətanət Təvəkkül qızı ötən il dekabrın 28-də evdən gedib və bir daha geri qayıtmayıb.

İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:
Boyu 1 metr 70 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır.
Evdən gedərkən əynində qırımızı gödəkçə, göy rəngli cins şalvar və kofta, başında mavi rəngli hicab, ayağında qara ayaqqabı olub.

Mətanət Əliyevanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (050) 891-88-88 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv