Gəncə şəhərində bayram axşamı pirotexniki vasitə partladan 20 və 36 yaşları olan iki şəxs əllərindən xəsarət alıblar.
Onlar xəstəxanaya çatdırılıb. Vəziyyətlərinin normal olduğu bildirilib.
Mingəçevir şəhərində də bayram axşamı 8 nəfər pirotexniki vasitələrdən istifadə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yaralılara tibbi yardım göstərilib.
Ümumilikdə, şəhər ərazisində bayram günü yüzdən çox həkim çağırışı qeydə alınıb. Müraciətlər arasında 3 faiz ürək, 11 faiz baş ağrıları, 12 faiz sinir, 2 faiz xərçəng xəstəliyi, 7 faiz respirator, 33 faiz təzyiq, 3 faiz mədə-bağırsaq və 4 faiz hərarətin qalxması kimi problemlər yer alıb.
Bundan əlavə, iki nəfər sakin bayram axşamı dünyasını dəyişib./Report/