Gəncədə 3 otaqlı evdə yanğın baş verdi

Gəncə şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.