!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə 30 ədəd mərmi tapıldı - FOTOLAR

!Reklam – Yazi

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, Gəncə Avtomobil Zavodunun yaxınlığında 25-30 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə Regional Bölməsinin əməkdaşları əraziyə göndərilib və birlikdə məişət tullantıları sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əraziyə sonradan atılmış, kustar üsulla bir hissəsi utilizasiya olunmuş 53 ədəd 122 mm-lik top mərmisi, 7 ədəd 100 mm-lik top mərmisi, 36 ədəd 76 mm-lik top mərmisi, 3 ədəd 122 mm-lik top mərmisinin gilizi, həmçinin tərkibində partlayıcı maddə olmayan 1 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin ətrafında 450 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.yenicag.az

849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv