Gəncədə 4 otaqlı ev yandı

Gəncə şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.