Gəncədə 60 yaşlı kişini maşın vuraraq öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki,APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini, 1963-cı il təvəllüdlü Q.Rüstəmovu vurub. Yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.