Gəncədə 7 yaşlı oğlan itkin düşdü

Gəncə şəhərində orta məktəb şagirdi itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, 2011-ci il təvəllüdlü Əli Allahyarov oktyabrın 22-də yaşadığı Gəncə şəhəri, Mahrasa Bağı, ev 21-dən məktəbə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Ə.Allahyarov Gəncə şəhər 16 saylı tam orta məktəbin 2-ci sinif şagirdidir.