Gəncədə ağır qəza – Avtobus avtomobillə toqquşdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın yerli bürosunun xəbərinə görə, yol qəzası H. Z. Tağıyev küçəsində qeydə alınıb.

“VAZ 21-06” markalı minik avtomobili marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb, lakin minik avtomobilinə ciddi ziyan dəyib./APA/