Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gəncədə ağır qəza: ölən və yaralananlar var

mersedes-qeza-toretdiGəncə şəhərində 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, şəhər sakini Surac Abdullayev idarə etdiyi “VAZ-21063″ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı divara çırpılıb.

Hadisə nəticəsində sürcü ölüb, 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

www.yenicag.az

377