Gəncədə ağır yol qəzası: Yaralılar var

Gəncə şəhərində ağır avtomobil qəzası baş verib.

Yenicag.az xəbər verir ki, “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq dairəyə çırpılması nəticəsində sürücü və 3 sərnişin yaralanıb.

Hazırda qəza baş verən əraziyə “təcili tibbi yardım” briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./Report/