!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə ana doğuş zamanı ölüb

!Reklam – Yazi

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-1Dekabrın 9-də Gəncədə ana ölümü qeydə alınıb.

APA-nın xəbərinə görə, Abbas Səhhət adına Gəncə Mərkəzi Rayon xəstəxanasının doğum şöbəsində 21 yaşlı Səbinə Abdullayeva doğuş zamanı ölüb.

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya bildirib ki, Gəncə sakini olan ananın ürəyində qüsur olub, hamiləlik vaxtı həkimə getməyib. Onun sözlərinə görə, xəstəxanaya doğuş sancısı ilə daxil olan ananın doğuşdan sonra ürəyindəki qüsurlar üzə çıxıb: “Aparılan müalicəyə baxmayaraq, ana ürək çatışmazlığından ölüb. Meyit təşrihə aparılıb, materiallar hələ Doğuşayardım Komissiyasına daxil olmayıb. Patoloji müayinələrdən sonra onun səbəbləri komissiya tərəfindən də araşdırılacaq. Ana dünyasını dəyişsə də, uşaq sağdır”.

 

Yenicag.az

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv