image109Gəncədə ana 12 yaşlı qızını öldürüb.

Yenicag.az Kəpəz TV-yə istinadən xəbər verir ki, fakt şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, hadisəyə səbəb mərhum Vüsalə Quliyevanın evdən 10 manat məbləğində pul götürməsi olub.

Bundan hiddətlənən ana, sənədlə adı Bülbül olub, el arasında isə Xalidə Quliyeva kimi tanınan qadın qızının üzərinə benzin tökərək yandırıb. Dəhşətlisi isə odur ki, ana kənardan uşağın yanmasına tamaşa edib və qızı onun gözləri qarşısında canını tapşırıb. Yaxınlarının məlumatına görə, qətli törədən qadın ruhi xəstə olub.

16:12
***

Gəncədə 12 yaşlı qızını yandıran ana qaçıb.
APA-nın qərb bürosunun məlumatına görə, evdən pul götürdüyü üçün qızı Quliyeva Vüsalə Füzuli qızının üzərinə benzin tökərək onu yandıran 1975-ci il təvəllüdlü Bülbül Qasımova 3 ildir ki, ikinci qrup əlil kimi təqaüd alır, ruhi xəstəlikdən əziyyət çəkir.

V. Quliyeva ailənin yeganə övladı olub. Atası Füzuli Quliyev Rusiyaya işləmək üçün gedib.

Hazırda hüquq-mühafizə orqanları övladını yandıran B. Qasımovanı axtarır.

Xatırladaq ki, 2002-ci il təvəllüdlü Vüsalə Fizuli qızı Quliyeva bədənin ağır dərəcəli yanığı xəsarəti ilə Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilsə də, ötən axşam 12 yaşlı qız dünyasını dəyişib.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."