Gəncədə ata və oğlu naməlum şəraitdə itkin düşüb.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin S.Kəsəmənli küçəsi, ev 53-də baş verib.
Həmin ünvanda yaşayan Kəsəmənli Əlifxan Bahadur oğlu və onun oğlu Kəsəmənli Elmar Əlifxan oğlu noyabrın 3-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.
Faktla bağlı araşdırmalara başlanıb./Trend/