!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə avtomobil dərəyə aşdı

!Reklam – Yazi

96538Gəncə şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, şəhər sakini 1982-ci il təvəllüdlü Ramin Babayev sükan idarə etdiyi VAZ-2106 markalı avtomobili ilə idarəetməsini itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Emil Əliyev və 1985-ci il təvəllüdlü Elşad Cəfərov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.Yaralıların vəziyyəti orta ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv