Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Yenicag.az xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Cəlil Cənnətovu minik avtomobili vurub.
C.Cənnətov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.