Gəncədə avtomobillər toqquşdu: Yaralılar var – FOTO 

Gəncədə zəncirvari yol qəzası olub.

Yenicag.az xəbər verir ki, dünən axşam saatlarında şəhərin Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olan “Mercedes”, “VAZ 2106” və “Mitsubishi” markalı minik maşınlarının toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Abbasov Vaqif, 1969-ci il təvəllüdlü Məhərrəmova İlhamə və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo/