!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə bayram böyük təmtəraqla qeyd olundu - FOTO

!Reklam – Yazi

Gəncədə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibıti ilə ümumşəhər tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ictimaiyyəti, sakinlər və şəhərin qonaqları iştirak ediblər. Şəhərin Heydər Əliyev meydanında təşkil olunan tədbir maraqlı anlarla yadda qalıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin baş meydanında qurulan yeni il şəhərciyini gəzib, burada sakinlər və şəhərə gələn qonaqlar üçün yaradılan şəraitlə tanış olub. Daha sonra Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan müxtəlif proqramlar izlənilib.

Tədbirdə Gəncənin peşəkar idmançıların nümunəvi çıxışları izlənilib. Qeyd olunub ki, Gəncənin 2019-cu il üçün “Avropanın İdman Şəhəri” seçilməsi böyük uğurdur . Növbəti il idman sahəsində şəhərdə müxtəlif yarış, layihə və tədbirlərin həyata keçiriləcəyi diqqətə çatdırlıb. Uğurlu çıxışları ilə dünyanın və ölkənin idman arenalarında müxtəlif nəaliyyətlər əldə edən idmançılar Gəncə Şəhər İcra Hakimiyyəti başçısının “Fəxri fərmanı” ilə təltif olunublar.

Bayram tədbirində Azərbaycan Respubkliasının xalq artisti Şahnaz Haşımova və əməkdar artist Abbas Bağırov konsert proqramı ilə çıxış ediblər. Gəncə Dövlət Kukla Teartının kollektivi tərəfindən bayram əhval-ruhiyyəli səhnəciklər təqdim edilib. Cizgi film və müxtəlif nağıl qəhrəmanlarının çıxışları maraqla qarşılanıb.

Xatırladaq ki, Gəncədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təşkil olunan tədbirlər dekabrın 18-dən start götürüb. Belə ki, şəhərin əsas meydanında hündürlüyü 21 metr olan küknar ağacı qurulub. Burada balacaların asudə vaxtının səmərəli və maraqlı keçməsi üçün müxtəlif atraksionlar quraşdırılıb. Ərazidə “Tir”, “Faceart” və sair fərqli əyləncələr üçün də şərait yaradılıb. Şəhərin müxətlif musiqiq kollektivləri hər gün saat 17:00-dan etibarən konsert proqramı ilə çıxış edirlər. Dekabırın 31-i gecə saat 00:00-da isə sakinlər və şəhərin qonaqlarını möhtəşəm atəşfəşanlıq gözləyir.

www.yenicag.az

2747
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv