Gəncədə dağıntılar altında qalan iki azyaşlının meyiti tapıldı

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu oktyabrın 17-də gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, bir neçə yaşayış binası dağıdılıb.

Gəncəyə atılan raket nəticəsində dağıntılar altında qalan iki uşağın cəsədi çıxarılıb.

Bu barədə AzTV-nin efirində bildirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin açıqladığı son məlumata görə, dağıntılar altından 13 nəfərin cəsədi və xəsarət almış 52 nəfər çıxarılıb.