Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gəncədə dayı və bacıoğlu arasında bıçaqlaşma

Gəncə şəhərində qohumlar arasında bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Arzu Qalib oğlu 1989-cu il təvəllüdlü dayısı İsmayılov Elnur Arzu oğlu ilə mübahisə edib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya çevrilib. Nəticədə onlar bıçağa əl atıblar. Bu zaman bacıoğlu Arzu bıçaqla dayısı Elnurun boğaz nahiyəsinə xəsarət yetirib. Elnur isə buna qarşılıq verərək Arzunun qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralıların hər ikisi təcili xəstəxanaya çatdırılıb.

Elnurun vəziyyəti yüngül olduğundan ona ambulator yardım göstərilib. Bacıoğlu Arzunun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2469
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM