Gəncə şəhərində intihar hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayl Xətai prospektində yerləşən yaşayış binalarının birində qeydə alınıb.
Məlumata görə, Gəncə şəhər sakini, 1936-cı il təvəllüdlü Niftəliyev İbrahim İsa oğlu həyat yoldaşı – 1944-cü il təvəllüdlü Bağırova Fatimə Əsəd qızını döydükdən sonra özünü yaşadığı binanın 3-cü mərtəbəsində atıb.
İ.Niftəliyev hadisə yerində dünyasını dəyişib.
Qadın ağır vəziyyətədə xəstəxanaya yerləşdirilib. Ağır kələ-beyin travması alan qadının vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumatlara görə, hadisəyə ailədaxili münaqişə səbəb olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.