Gəncədə dəhşətli yanğın

Gəncədə bir neçə maşın yanıb.

Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda avtomobil təmiri sexində ümumi sahəsi 1785 m² olan talvarın taxta atmaları 50 m² sahədə, talvarın altında yığılmış avtomobil ehtiyat hissələri, təmirə dayanmış mikroavtobus və minik avtomobilinin yanar hissələri tamamilə və daha 4 ədəd minik avtomobili qismən yanıb.

Talvarın və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.