!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Gəncədə əri tərəfindən gözləri çıxarılan qadınla bağlı yeni xəbər

!Reklam – Yazi

Noyabrın 11-də Gəncə şəhərində əri tərəfindən bıçaqla gözü çıxarılan 1982-ci il təvəllüdlü H.Quliyevanın gözləri bu gün müalicə aldığı xəstəxanada amputasiya olunub.

Yenicag.az-ın məlumatına görə, hər iki gözünü itirən qadın ömürlük görmə qabiliyyətndən məhrum olub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Səttar Cəlilov özündən 17 yaş kiçik həyat yoldaşı H.Quliyevanın qollarını bağlayıb, daha sonra bıçaqla gözünü çıxardıb. Hadisəni törədən S.Cəlilov sonra özünü bıçaqlayaraq intihar edib.

Cütlüyün bir oğul və bir qızı var. Hadisə baş verən zaman qız övladı evdə olub və bütün olanlar onun gözü qarşısında baş verib.

Qeyd edək ki, hadisədən sonra həmin uşaqda psixoloji problemlər yaranıb. Hazırda ana nənəsinin nəzarətindədir./Report/

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv