Gəncədə evdə yanğın baş verdi

Gəncə şəhərində ümumi sahəsi 40 m² olan kürsülü, birmərtəbəli çay evinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-ə bildirilib ki, bitişik digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.