Gəncədə evləri su basdı – FOTO

Gəncə şəhərində gecə saatlarından yağan yağış fəsadlar törədib.

Yenicag.az xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsi, İlham Hüseynov küçəsində yağan yağış nəticəsində 10-a yaxın evi su basıb.

Sakinlər bildirib ki, hadisə nəticəsində aidiyyəti qurumlara müraciət etsələr də, heç bir tədbir görülmür.

Hazırda yağıntılı hava şəraiti davam edir.