Gəncədə gənc qadını maşın vuraraq öldürdü

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində yolu keçmək istəyən 25-30 yaşlı qadın taksi kimi fəaliyyət göstərən avtomobil tərəfindən vurulub.

Yaralı aldığı xəsarətlərdən xəstəxanaya aparılan zaman yolda keçinib.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.