Gəncədə göldə batan uşağı polislər xilas etdi

Gəncədə göldə batan uşaq xilas edilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev park kompleksində yerləşən süni göldə baş verib.

Gölün kənarında oynayan 2010-cu il təvəllüdlü Səttarov Həsən Elvin oğlu ehtiyatsızlıq nəticəsində suya düşüb. Ərazidə olan polis əməkdaşları uşağı sudan çıxararaq xəstəxanaya çatdırıblar.

Tibbi yardım nəticəsində H. Səttarovun həyatını xilas etmək mümkün olub.

COP29